Ru
12:16 / 15 Avqust 2022

Xilasetmə işləri ləng gedir, dağıntı təhlükəsi var - Qəmbəryan

1736
İrəvanda Surmalu topdansatış ticarət mərkəzində dağıntıları təmizləməklə məşğul olan xilasedicilərin sıralarında dəyişiklik olub.


Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar nazirinin müavini David Qəmbəryan bildirib.


O qeyd edib ki, yanğın ocaqları nəzarət altına alınıb, lakin mütəxəssislər qeyri-standart yanğınla mübarizə aparırlar.


Qəmbəryanın sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə xidmətinin 158 nəfər işçisi yanğınların söndürülməsi və itkin düşənlərin axtarışına cəlb olunub. Onlara həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin16 xilasedicisi, 30 qeyri-hökumət təşkilatı könüllüsü və 60 vətəndaş kömək edir. Nazir müavini hazırda əlavə könüllülər və avadanlıqlara ehtiyac olmadığını deyib. Onun sözlərinə görə, xilasedicilər bəzi ərazilərdə işləyə bilmir, bəzi yerlərdə isə əllə işləyirlər:


"Vaxtaşırı bir dəqiqəlik sükut elan edilir. Surmalu ticarət mərkəzinin yaxınlığında yerləşən bütün ticarət obyektləri axtarış-xilasetmə işləri başa çatana qədər bağlanacaq".




Qeyd edək ki, ötən gün İrəvanda ticarət mərkəzində güclü partlayış baş verib.

Hadisə nəticəsində 6 nəfər ölüb, 18 nəfər itkin düşüb, 23 nəfər isə xəstəxanalarda müalicə alır.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər