Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:34 / 16 Oktyabr 2024

XİN: Durov və Sebanın həbsi insan haqları pozuntusudur

1673
“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılması və onlar barəsində həbs-qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur. Bu şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir.

Bakupost.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfindən “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Sebanın həbsi ilə bağlı medianın sualına cavabında deyib.

O bildirib ki, Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır.

"Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir", - XİN sözçüsü vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar