Ru
17:33 / 17 Avqust 2022

Xudatda dəhşətli yanğın - Yollarda postlar quruldu

2852
Xaçmazın Xudat şəhəri ərazisində baş verən yanğınla bağlı nəqliyyatın təhlükəsiz hərəkət eməsi üçün yollarda postlar qurulub.

BakuPost xəbər verir ki, Xaçmazın Xudat şəhərinin "4-cü şöbə" adlanan ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğın genişlənərək meşə massivinə keçib.

Məlumata görə, yanğın 30 hektara yaxın ərazini əhatə edir və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə muvəqqəti postlar qoyulub.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, texnikaları və canlı qüvvəsi cəlb edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər