Ru
22:00 / 30 Sentyabr 2022

Yağ yandıran meyvələr - Artıq çəkidən tez zamanda qurtulun

2710

Həkimlər orqanizmdə yağ yandıran, arıqlamağa kömək olan meyvələrin siyahısını açıqlayıb.



Bakupost.az həmin meyvələri təqdim edir:


Kivi




Kivi yüksək qida konsentrasiyasına malikdir. Hər kivi meyvəsində çoxlu miqdarda lif, E, C vitamini və fol turşusu var. Araşdırmalara görə, həftədə bu meyvədən ən az ikisini yemək qarın yağını yandırmağa və bel ölçüsünü azaltmağa kömək edə bilər. Aşağı glisemik indeksə malik olduqları üçün diabetli insanlar da rahatlıqla yeyə bilərlər.
Kivinin xolesterola, bağırsağa və qan təzyiqini azaltmaq köməyi var. Ürək xəstəliyi riski olanlara qida rasionuna kivi əlavə etmək tövsiyə olunur.

Qreypfrut




Bu dadlı meyvə C və A vitamini ilə zəngindir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq qreypfrut yemək qarın yağını yandırmağa, beli incəltməyə və qan təzyiqini tənzimləməyə kömək edir. Bu meyvə də şəkər xəstələri üçün düzgün seçim ola bilər.
Qreypfrutun digər sitrus meyvələri arasında ən yüksək lif tərkibinə sahibdir. Qreypfrutun turş dadını bəyənməsəniz, salatlara əlavə edə və ya şirə kimi içə bilərsiniz.

Avokado


Avokado zəngin yağ turşuları və lifləri sayəsində kilo verməyinizə kömək edər. Bu meyvə toxluq hissi yaradır, iştahanı azaldır.


Alma



Almanın arıqlamağa kömək olduğunu bilməyən yoxdur. Bu meyvə piylənmənin qarşısını alır. Səhər və ya naharda alma yemək sizi gün boyu aktiv hiss etdirəcək.

Nar



Arıqlamağa, yağları əritməyə kömək olan nar dənələri qan dövranınızı yaxşılaşdırır, qan axını artırır. Bu meyvənin LDL xolesterol səviyyələrini aşağı saldığı da sübut olunmuşdur.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər