Ru
19:45 / 17 Avqust 2022

Yanğın təhlükəsi ilə üzləşən “Qalaaltı”da vəziyyət necədir? - VİDEO

9373
Şabran rayonunda bir neçə gün əvvəl başlayan yanğın davam edir.



Məlumata görə, yanğın artıq rayonda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığına çatıb. Yanğının hotelə keçməməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.



Hotelin əməliyyatlar üzrə meneceri Samir Əliyev Baku TV-yə açıqlamasında soyuqqanlılıq nümayiş etdirərək heç bir təşvişə ehtiyac olmadığını deyib.


“Hotelin qonaqları da, işçilər də yerindədir. Hər şey qaydasındadır”, - deyə o əlavə edib.



Hadisə ilə bağlı FHN-nin yaydığı məlumatda deyilir:



"Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.



Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsi yanğın nöqtəsinə yanğınsöndürmə texnikasının və şəxsi heyətin birbaşa müdaxiləsini imkansız edir. Bu səbəbdən yanğının söndürülməsinə FHN-in 4 ədəd yanğınsöndürmə avtomobilindən başqa bir ədəd helikopteri də cəlb edilib.



Yanğının “Qalaaltı” İstirahət Mərkəzinin ərazisinə keçməməsi üçün nazirliyin yanğısöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir.



“Qalaaltı” İstirahət Mərkəzinin baş verə biləcək yanğından mühafizə edilməsi məqsədilə su hidratlarının effektiv tətbiqi üçün lazımi avadanlıqlar hazır vəziyyətə gətirilib, müdafiə xətləri qurulub.



“Qalaaltı” İstirahət Mərkəzinə yaxın olan meşəlik ərazidə yanğın istiqamətində soyutma işləri davam etdirilir".




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər