Ru
16:45 / 19 Sentyabr 2022

Yapon kralı ənənəni pozdu - Kraliça II Elizabetin dəfnində bir İLK

2871
London Kraliça II Elizabet ilə vidalaşır.


Bakupost.az xəbər verir ki, hazırda 200 ölkədən dövlət başçıları, baş nazirlər, imperatorlar, krallar və kraliçalar mərasimdə iştirak edir.


Eyni zamanda mərasimə 2000-ə yaxın insan qatılıb. Vida törənində ən azı100 dünya lideri iştirak edir.


Mərasimdə maraqlı məqam gözə çarpıb. Belə ki, Yaponiya imperatoru və xanımı da mərasimdə iştirak edib. Lakin Yaponiya imperatorlarının dəfn mərasimlərində iştirak etməmək kimi bir ənənəsi var. Onlar inanırlar ki, dəfn mərasimlərində iştirak etmək ölümü ləkələyir, lakin bu dəfə Yaponiya İmperatoru bu ənənədə güzəştə gedib.


Mərasimlərdə dünya liderləri ilə yanaşı, Böyük Britaniyanın yeni baş naziri və keçmiş baş nazirlər də iştirak edib.


Qeyd edək ki, Kraliça II Elizabet Vestminster sarayında Şahzadə Filiplə evlənmişdi, bu sarayda taxt-taca yüksəliş və nəhayət, cənazə mərasimi keçirildi. İndi o, Vindzor qəsrindəki əbədi dünyada olan həyat yoldaşı Şahzadə Filipin yanında dəfn ediləcək.



Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər