Ru
14:50 / 22 Noyabr 2022

Yaponiyada nazirin əkiz robotu hazırlandı – İclaslara gedəcək - VİDEO

7929
Yaponiyanın Rəqəmsal Texnologiyalar naziri Taro Kononun özünə bənzər robot avatarı yaradılıb.

Bakupost.az xəbər verir ki, nazir bəzi iclas və tədbirlərə özü əvəzinə robotunu göndərə biləcək.

Nazir robotu uzaqdan idarə edəcək. Daha sonra proqram vasitəsilə görüşdə vacib məqamlara baxacaq.

Layihənin rəhbəri Osaki Universitetinin professoru Xirosi İsiqurodur. Tədqiqat Nazirlər Kabinetinin sifarişli layihəsinin bir hissəsidir.

Qeyd edək ki, məmurların robotlarının hazırlanması 2025-ci ilə kimi davam edəcək.

Məqsəd sosial tədbirlərdə qiyabi, uzaqdan izləmənin təmin edilməsi və vaxta qənaətdir. Hələ ki, bu nazirin robotu test ediləcək.




Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər