Ru
09:19 / 08 İyul 2022

Sindzo Abe vəfat etdi - YENİLƏNİB

6466

***

12:54


Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.



***

12:32


Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş nazirin vəfat xəbəri təsdiqini tapmayıb.


Bakupost.az “Sky News”a istinadən xəbər verir ki, onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi məlumat verib.


Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.


Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.



***

09:19


Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe vəfat edib.


Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter"də yazıb.



***

08:51



Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe silahlı hücuma məruz qalıb.



Bakupost.az xəbər verir ki, bu barədə “Bloomerg” məlumat yayıb.


Hadisə Nara şəhərində, sabiq nazirin kütlə qarşısında çıxışı zamanı qeydə alınıb.


Hadisəni törədən dərhal saxlanılıb. Sabiq nazir isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Qeyd edək ki, Şinzo Abe iki dəfə sözügedən vəzifədə çalışıb. Bu, 2006-2007-ci və 2012-2020-ci illərə təsadüf edir.


Ürəyi dayanan Abenin vəziyyəti ağırdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər