Ru
11:00 / 04 Fevral 2023

Yaralı Lara dünya sularında - Sən də izlə - VİDEO

7379
Ətraf mühitin çirklənməsində əsas rol oynayan məhsullardan biri də plastik qablardır. Bu qablar heyvanların orqanizminə ciddi təsir edir. Hər il yüzlərlə heyvan ətrafa atılan plastik qablar səbəbindən ölürlər.

Bu da birbaşa faunaya təsir edir. Ölən hər bir canlının hekayəsi ürək ağrıdır. Bu hekayələrlə daha yaxından tanış olsaq, bəlkə də təbiətə daha az zərər vurarıq.


Antalya sahillərində ölümcül vəziyyətdə tapılan tısbağa "Barut Collection" turizm şirkətinin dəstəyi ilə 1.5 illik reabilitasiyadan sonra sağlığına qovuşub.

Bakupost.az Lara adlı həmin tısbağanın hekayəsini tədim edir:

15 oktyabr 2020-ci ildə Antalyanın Göynük məhəlləsində dəniz sahilində yaralı halda bir tısbağa tapıldı. Müayinə zamanı məlum oldu ki, dəniz tısbağasının bağırsağında plastik tullantılar olması səbəbindən qidalana bilməyib və buna görə də ölümcül halda olub. Onun səhhətinin yaxşılaşması üçün bir ildən çox müalicəyə ehtiyac olduğu bildirilib.





1.5 illik müalicədən sonra o, "Barut Collection" çimərliyinə gətirilib. Bu çimərlik Lara bölgəsində yerləşir və "Antalyanın cənnəti" adlandırılır.

Tam sağalan və üzməyə hazır olan tısbağaya Lara adı verilib. Lara adının mənası isə "su pərisi" deməkdir. Su pərisinin 1.5 ildən sonra mavi sulara qovuşqduğu an gəlib çatır. Lara "Barut Collection" sahilindən öz evinə - mavi sulara gödərilir. Laranın yaxşılaşdığına tam əmin olmaq üçün onun üzərinə kamera yerləşdirilir. Beləcə üzdüyü dənizlər və səhhəti diqqət altında saxlanılır.

İndi Lara 1 ayda 485 kilometr yol qət edir.

Əgər yaralı Lara dəniz sahilində tapılmasaydı, bəlkə də çoxdan ölmüşdü. Bizlər də istifadə etdiyimiz qida tullantılarını ətrafa - dənizlərə, meşələrə atmasaq, heyvanlar daha sağlam yaşayar. Lara kimi dəniz sahillərində xəstə vəziyyətdə olan, ancaq müalicə olunmayan minlərlə heyvan var. Çimərlikdə istirahət edənlərin kiçik bir məsuliyyətsizliyi, məsələn, içdiyi şirənin boş qabını ətrafa atması canlıların həyatı bahasına başa gəlir.

Gəlin, ətrafı təmiz saxlayaq ki, canlılar ziyan görməsin!




Laranın harada olduğunu buradan canlı izləyə bilərsiniz:





Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər