Ru
11:54 / 24 İyun 2022

“YAŞAT” 94 tələbənin təhsil haqqını ödəyib

1036
"YAŞAT" Fondunun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələrinin 254 637.99 manat vəsaiti qarşılanıb.


Bakupost.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.


Onun sözlərinə görə, təhsil haqqı qarşılanan 94 şəxsin ödənişini Fond, 72 şəxsin isə ödənişini Fondun təşəbbüsü ilə təhsil müəssisələri qarşılayıb.


"Ötən tədris ilində rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. İndiyə qədər 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb".

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər