Ru
20:18 / 02 Dekabr 2022

"Yaşıl kitab" filminin aktyoru küçədə ölü tapıldı - FOTOLAR

3884
Nyu-York ştatının Bronks bölgəsində tapılan meyitin məşhur aktyor Frenk Vallelonqaya aid olduğu üzə çıxıb.


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, aktyor bir binanın qarşısında ölü halda tapılıb.


Belə ki, bazar ertəsi səhər saat 3:40 radələrində Nyu York Polis Departamentinin (NYPD) əməkdaşları bir binanın qarşısında huşsuz vəziyyətdə uzanan adam tapıblar. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları həmin şəxsin öldüyünü müəyyən edib. Araşdırmaya başlayan polis həyatını itirən şəxsin məşhur aktyor Frank Vallelonqa olduğunu müəyyən edib.


60 yaşlı aktyorun meneceri onun ölüm xəbərini təsdiqləyib.


Polis cəsəddə travma izlərinin tapılmadığını açıqlayıb. İstintaq çərçivəsində 35 yaşında olduğu öyrənilən Steven Smit adlı şəxs nəzarətə götürülüb. Sözügedən şəxs aktyorun meyitini gizlətməkdə ittiham olunur. Məşhur aktyorun ölüm səbəbi isə hələ açıqlanmayıb, araşdırmalar davam edir.


Qeyd edək ki, Frenk Vallelonqa "The Sopranos" serialındakı və Oskar mükafatlı "Green Book" (Yaşıl kitab) filmindəki rolları ilə yadda qalıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər