Ru
15:07 / 21 Sentyabr 2022

Yasin Məmmədovun da əmlakları müsadirə olundu - Başqasının adına imiş

1583
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, polkovnik Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub.


Bakupost.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin bu gün qəbul etdiyi hökmdə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakı dövlət nəfinə müsadirə olunacağı qeyd olunub.


Həmin əmlakların siyahısı:

Bakı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 102 min 200 manatlıq ev;

Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;

Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 72 min manatlıq torpaq sahəsi.

Qeyd edək ki, bu gün elan olunmuş hökmə əsasən, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər