Ru
23:40 / 26 Yanvar 2022

Yataqxanada yanğın: zəhərlənənlər var

1408
Bakıda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Bakupost.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər