Ru
14:14 / 11 May 2021

Yol polisi katalizator məsələsi ilə bağlı suallara aydınlıq gətirdi

7110
Son günlər "Toyota Prius" markalı avtomobil idarə edən sürücülər yol polisindən narazılıq edir. Onların müraciətindən belə anlaşılır ki, Azərbaycanda mövcud olan bu tipli nəqliyyat vasitələrinin əksəriyyətinin katalizatoru yoxdur və yol polisi bunu aşkar etdiyi üçün sürücülərə cərimə yazır. Artıq yüzlərlə belə sürücü saxlanılıb və araşdırma zamanı həqiqətən də onların idarə etdiyi avtomobildə katalizatorun olmadığı aşkarlanıb.

Bakupost.az -ın xəbərinə görə, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır: "Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir: "Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə hər birimiz bu sahəfə öz məsuliyyətimizi dərk etməliyik".

Ekspert Elməddin Muradlı isə hesab edir ki, gələcəkdə bu cür avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılmalıdır və yaxud, ölkəyə gətirilməzdən əvvəl ciddi şəkildə yoxlanılmalıdır. Bu cür qüsurlar varsa nəqliyyat vasitəsi ölkəyə buraxılmamalıdır ki, sonradan belə fəsadlar ortaya çıxmasın.


Şərhlər
  • Fuad ahadov

    olke erazasinden tranzit kecen ve muveqqeti getirilei avtomobillerde bele hallar olduqda mesele nece hell olunacaq?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər