Ru
16:35 / 22 Noyabr 2022

Yoluxanların bugünkü sayı

1573
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, hazırda 273 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 314, bu günə qədər isə ümumilikdə 7 361 245 test icra olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər