Ru
11:11 / 15 Avqust 2022

Yüksək bal toplayanlar niyə xaricə üz tutur? - Ekspert rəyi

9189
Xəbər verdiyimiz kim­i, bu il IV ixtisas qrupu üzrə 700 bal toplayaraq, rekorda imza atan Nigar Ağazadə Azərbaycan univer­sitetlərində təhsil almaqdan imtina edib.

O, burs qazanaraq Ankara Universitetinin tibb fakültəsinə qəbul olunub.

Nigar Ağazadə bildirib ki, Türkiyədə tibb sahəsi çox inkişaf edib və orada təhsil almaq ona çox şey qazandıracaq: “Rezidentura təhsilimi isə Almaniyada davam etdirmək istəyirəm".


Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a deyib ki, artıq neçə ildir, 600 baldan yuxarı nəticə göstərən gənclərin çoxu xarici universitetlərə üstünlük verir:




"Onlar düşünürlər ki, seçdikləri müvafiq ixtisaslar üzrə xarici ölkə universitetlərində daha yaxşı təhsil ala bilərlər.​ ​ Azərbaycanda tibb sahəsi üzrə 1 ali təhsil müəssisəsi mövcuddur. Həmin universitetdə təhslin keyfiyyəti gəncləri qane etmədiyindən onlar yüksək tibb təhsili almaq üçün xaricə üz tuturlar. Hesab edirəm ki, ölkədə yüksək ixtisaslı tibbi kadrların yetişməsi üçün müvafiq tədbirlər həyata keçirilməli, tibb üzrə yeni bir ali təhsil müəssisəsi yaradılmalıdır. Belə olan halda rəqabət yaranacaq və hansı universitet daha yaxşı təhsil verəcəksə, tələbələr də oranı seçəcək. Bu tibb təhsili almaq üçün xaricə üz tutanların sayını azaldar”.

​ ​ ​ ​
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə bildirib ki, 15 ildir, qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər xarici universitetlərə axın edir:





“Belə parlaq gənclərin çox hissəsi bu gün də, gələcəkdə də xaricə üz tutacaqlar. Bunun qarşısını yalnız bir yolla almaq olar. Onlara beynəlxalq səviyyəli yüksək ali təhsil vermək və universiteti bitirdikdən sonra işlə təmin etməklə. Əks təqdirdə gənclər xaricə axın edəcək. Onları əslində millət üçün itirilmiş parlaq gənclərdir. Çünki ali təhsil almaq üçün xaricə üz tutan gənclərin cox hissəsi təhsil aldıqdan sonra getdiyi ölkədə də qalıb işləyir, geri qayıtmır. Biz bir növ öz parlaq və istedadlı gənclərimizi xaricə ərməağan etmiş oluruq”.


Sevinc
BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər