Ru
09:11 / 05 Sentyabr 2022

"Ən yüksək bal toplayan müəllimlərin çoxunun rayondan olması gözlənilən idi” - Ekspert

4048
“Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərin çoxunu rayon məktəblərinin müəllimləri olmasında elə də heyrətləndirici hal görmürəm. Bu gözlənilən idi. Uzun illərdən bəri ölkəmizdə və dünya miqyasında tanınan bizim ən məşhur elm, ədəbiyyat və incəsənət xadimləri məhz regionları təmsil edən nümayəndələrimiz olub. Sadəcə olaraq, bu tendensiya bir qədər arxa plana keçmişdi. Danılmaz həqiqətdir ki, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlər arasında bölgələrdən olan gənclər də üstünlük təşkil edir. Deməli, bölgələrdə fəaliyyət göstərən müəllimlər bilikli, bacarıqlı və potensiallıdırlar. Reqionların inkişafına dair qəbul edilən son qərarlar bu tendensiyanın inkişafına yeni təkan vermiş oldu. Hələ ki, sertifikasiya yeni start götürüb. İlkin nəticələr və yüksək fəallıq sertifikasiyanın gələcək gedişatına optimistcəsinə baxmağa zəmanət verir və istənilən halda prosedur qaydalarında hansısa bir dəyişikliyin edilməsi zəruriliyi də istisnalıq təşkil etmir”.



Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.




O bildirib ki, 2026-cı ilədək 11 minlik bir müəllim ordusunun keçəcəyi sertifikasiyanın ilk mərhələsində müəllimlərin gözlənildiyindən də artıq yüksək fəallığı sevindirici olduğu qədər, bu imtahanda yüksək nəticə göstərən müəllimlərin çoxunu rayon məktəblərinin müəllimləri olması ikiqat sevinclidir. Bu fəallığın yaranmasında heç şübhəsiz ki, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin və həmin müəssisələrin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarının müstəsna rolu olub:


““Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Prezidentin 18 avqust 2022-ci il tarixli Fərmanı əsasında verilən bu qərar təhsilin bu gün də dövlətimiz üçün prioritet olduğunun bariz nümunəsi olub, dövlət ümumtəhsil müəssisələrində səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması məqsədinə xidmət edir”.


Sevinc
BakuPost


Həmçinin oxuyun:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər