Ru
22:49 / 30 Avqust 2024

Yumurtadan zəhərləndiyini düşünüb xəstəxanaya getdi, uşaq doğdu

3350
Zoya Doyl 2 uşağı və əri ilə getdiyi piknikdə bir səhər güclü qarın ağrısı ilə yuxudan oyandı. Qadın yediyi yumurtanın əks təsir verdiyini düşündü.

Bakupost.az xəbər verir ki, 38 yaşlı ingilis qadın artıq qanaxması başlayanda qorxuya düşür və təcili xəstəxanaya çatdırılır.

Lakin yolda doğuş başlayır və Zoya uşağı dünyaya gətirir. Əri onu və körpə qızı xəstəxanaya çatdırır.

Zoya həkimlərə hamilə olduğundan şübhələnmədiyini bildirib. Çünki hər ay menstruasiyası olub, toksikoz olmayıb, qarnı çox böyüməyib. Kökəlməyi isə başqa səbəblərə yozub. İndi ailə bu gözlənilməz sürprizlə xoşbəxtdir.




Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar