Ru
14:24 / 30 Mart 2022

Yüzlərlə mənzil bir neçə saniyəyə satıldı - MİDA-nın müəmmalı əməliyyatı

17732
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatıb.


Bakupost.az xəbər verir ki, seçim zamanı cəmi bir neçə saniyə ərzində yüzlərlə mənzil satılıb.


Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


İstifadəçilər mənzillərin düzgün yolla satılmadığını deyərək, MİDA-dan açıqlama tələb ediblər.


Onlar bildirirlər ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq, yəni 2-3 saniyə ərzində bunu bacarması mümkünsüzdür.
“Oyun olduğu bu gün sübut olundu. 15 saniyəyə girdim artıq evlər nəinki seçilmişdi, hətta imzalanmışdı”, “Saxtakarlar! Paylaşarsız, statistikanı görək 2-3 saniyəyə evləri necə seçiblər”, “Üç saniyəyə hansı fitri istedada sahib insan evi seçdi? Bu mümkünsüzdü axı... Nəticələr silinməlidir! Seçimlərdə haqsızlıq və saxtakarlıq olub. Heç cürə demokratik seçim olmayıb!” kimi şərhlər yazaraq etiraz ediblər.



Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də paylaşım edib:


O vurğulayıb ki, satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub:


“Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.


Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 san. müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.

Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir.

Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm.

Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik.

Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik.

Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər