Ru
17:12 / 19 May 2022

Zaqatalada Hindistan vətəndaşı itkin düşdü

2127
Mayın 17-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar.

Nəticəsi barədə əlavə məlumat veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər