Ru
17:29 / 15 Sentyabr 2022

Zaxarova erməni jurnalisti belə susdurdu - VİDEO

1225
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan İctimai Televiziyasının müxbirinə təxribatçı sualına görə irad bildirib.


Bakupost.az xəbər verir ki, erməni jurnalist sentyabrın 12-dən 13-nə keçən gecə guya Azərbaycanın Ermənistan ərazisinə hücum etməsi, eləcə də dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan sərhədində yerləşən postunu və xidməti avtomobilini guya atəşə tutması ilə bağlı sual verməyə cəhd edərkən Zaxarova jurnalistin sualını yarımçıq saxlayıb.

Bildirib ki, bu, erməni jurnalistin deyil, Rusiya XİN-nin rəsmi nümayəndəsinin brifinqidir:


“Ona görə də birincisi, xahiş edirik ki, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın. İkincisi, biz Ermənistan tərəfindən yardımla bağlı müraciət almışıq. Bildiyiniz kimi, KTMT-nin onlayn sammiti keçirilib və KTMT missiyasının Ermənistana göndərilməsi qərara alınıb. Rusiya tərəfi gərginliyi azaltmaq məqsədi ilə mümkün olanı edir”.


Zaur
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər