Ru
13:18 / 09 May 2022

Zelenskidən Qələbə Günü mesajı: "Qalib gələcəyik"

1259
Rusiyanın işğalı “iki ordunun deyil, iki fərqli dünyagörüşünün müharibəsidir.


Bakupost.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimer Zelenski 9 May Qələbə Günü ilə bağlı mesajında qeyd edib.
Zelenski nasizmə qarşı vuruşan ukraynalıları yad edib.

“Əcdadlarımızın İkinci Dünya Müharibəsində etdiklərini heç vaxt unutmayacağıq. 8 milyondan çox ukraynalı öldü. Hər beş ukraynalıdan biri evə qayıtmadı. Ümumilikdə müharibə ən azı 50 milyon insanın həyatına son qoydu”.


Ukrayna lideri ölkəsinin bütün ərazilərinin işğaldan azad olunacağına ümid etdiyini əlavə edib.


“Gec və ya tez biz qalib gələcəyik. Biz bura bizim torpağımız olduğu üçün qalib olacağıq. Biz Qələbə günündə yeni qələbə üçün mübarizə edirik”, - deyə Zelenski fikirlərini tamamlayıb.


Fəridə
Baku Post


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər