Ru
14:38 / 06 Fevral 2023

"Zəlzələ Azərbaycanın əmlak sektoruna mənfi təsir edəcək" - Ekspert

3821
“Baş verən zəlzələ Türkiyə ilə yanaşı Azərbaycanın da əmlak sektoruna mənfi təsir edəcək. Hündürmərtəbəli binaların alıcıları azalacaq”.

Bunu Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, Türkiyədə daşınmaz əmlak sektoru çox inkişaf edib:

"2020-ci ildə Türkiyədə əmlak alan xarici ölkə vətəndaşlarının sayı artmışdı. Çünki bu ölkənin turizm sektoru inkişaf edib. 2022-ci ildə Türkiyə sırf xarici ölkələrdən gələnlərin daşınmaz əmlak alması nəticəsində milyardlarla dollar pul qazandı. Amma bu gün baş verən zəlzələ Türkiyənin əmlak bazarına çox böyük zərbə vurdu. Zəlzələ təbii fəlakətdi, hər yerdə ola bilər. Amma seysmik zonalarda çoxmərtəbəli binalar tikmək olmaz. Binlar elə tikilməlidir ki, belə hadisələr baş verəndə fəsadlar böyük olmasın. Ola bilər ki, o binaların biri keyfiyyətsiz olub aşıb və digər keyfiyyətli binaları da dağıdıb".


Elnur Fərzəliyev blidirib ki, paytaxtda minlərlə qəzalı vəziyyətdə olan, istismar müddəti bitən binalar sökülməlidir:

"Bakı və Abşeron ərazisində istismar müddətini bitirmiş, köhnə, çoxmənzilli yaşayış binaları var. Bu binalarda yaşamaq təhlükəlidir. Təxminən 150-yə yaxın bina aidiyyatı qurumlar tərəfindən qəzalı bina kimi qeydə alınıb. Qəzalıdırsa, bu, bina həmən sökülməlidir. Hər hansı bir fəlakət baş verərsə, onlar hər an uça bilər. İstismar müddətini bitirən binalarda artıq tikinti materialları öz keyfiyyətini itirib".


Ekspertin sğzlərinə görə, Bakıda bir çox komkleks binalar var ki, böyük problemə yol aça bilər:


"Belə tikililər insanların sağlamlığına çox mənfi təsir göstərir. Binalar yaxın olduğu üçün mənzillərə gün işığı düşmür. Bu da müxtəlif xəstəliklər yaradır. Həmçinin zəlzələ baş verərsə, belə binalar fəlakətin miqyasını artıra, evakuasiya məsələsi problemə çevrilə bilər. Çünki Bakının özündə bəzi kompleks binalar var ki, sadəcə həyətdə bir girişi var. Yəni giriş hissə uçub-dağılanda insanları oradan çıxarmaq çox böyük problemə çevrilə bilər".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər