Ru
10:46 / 06 Fevral 2023

Zəlzələ Türkiyəni qazsız qoydu - VİDEO

1432
Türkiyədə baş verən zəlzələ nəticəsində Hatayın Kırıkhan rayonunda təbii qaz boru xəttində partlayış və yanğın baş verib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, BOTAŞ Kahramanmaraş- Qaziantep qaz xəttində partlayışla əlaqədar Qaziantep, Hatay və Kahramanmaraş vilayətləri, Pazarcık, Narlı, Besni, Gölbaşı, Nurdağı, İslahiye, Reyhanlı, Kırıkhan və Hassa rayonlarına təbii qaz axınının dayandırıldığını açıqlayıb.

Rəsmi açıqlamaya görə, Topboğazi kəndində 200 metr aşağıda və 3 kilometr məsafədə iki fərqli nöqtədə zəlzələ və yanğının ardından partlayış baş verib.

Yanğının davam etdiyi və BOTAŞ rəsmilərinin hərəkətə keçdikləri bildirilir.


Zaur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər