Ru
15:36 / 14 Oktyabr 2022

Zəngilan Hava Limanına beynəlxalq status verildi

12077

Baş nazir Əli Əsədov Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.


Bakupost.az xəbər verir ki, bu barədə məlumat Nazirlər kabinetinin saytında yerləşdirilib.


Sərəncamda qeyd olunur ki, Zəngilan rayonunda tikintisi başa çatdırılmış, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən hava limanına beynəlxalq status verilsin.


Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq verilib.


Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər