Ru
12:31 / 10 İyun 2022

Zeynəb Bastık boşanır - FOTO

2366
“Birlikdə işləməyə davam edəcəyik”


Keçən ilin iyul ayında evlənən müğənni Zeynəb Bastıkla meneceri Tolqa Akış boşanma qərarı alıb.


Bakupost.az xəbər verir ki, onlar evliliklərinin 1 ilini tam doldurmadıqları üçün razılaşmalı boşanma üçün məhkəməyə müraciət edə bilməyiblər.


Tolqa Akış, çıxan xəbərlərlə bağlı açıqlama verib:


“Boşanma qərarını çoxdan almışdıq. Amma Zeynəb evdən yeni çıxıb. Aramızda küsgünlük yoxdur. Evlilik hər kəsin öhdəsindən gələ biləcəyi bir şey olmaya bilər. Həyatdakı ən yaxın dostum Zeynəbdir. Birlikdə işləməyə davam edəcəyik. Mütləq xəyanətə görə ayrıldığımızı deyənlər olacaq. Amma məndən də, Zeynəbdən də elə bir şey çıxmaz”.




Aynur
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər