Ru
20:14 / 31 Yanvar 2023

Zinət əşyalarının alqı-satqısında YENİ QAYDA

5296
Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşib.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.15-ci maddədə qeyd edilib.

Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər