Ru
22:29 / 21 İyul 2022

"Zirə" İsrail klubuna böyük hesabla uduzdu - VİDEO

2248
"Zirə" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.


Bakupost.az bildirir ki, "qartallar" II təsnifat mərhələsinin ilk oyununda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Təl-Əviv təmsilçisindən qolları 18-ci dəqiqədə Qavriel Kanixovski, 22-ci və 54-cü dəqiqələrdə isə Corce Yovanoviç vurublar.


Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər