Ru
11:57 / 06 May 2022

Zümrüd onu qınayanlara belə cavab verdi - VİDEO

12961

Ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb.


Veriliş zamanı aparıcı Zümrüd Bədəlovanın verdiyi sual sosial şəbəkədə qınaq obyektinə çevrilib, o, tənqid "atəşinə" tutulub.


Belə ki, aparıcı, A. Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Müsahib isə “Babam 37-ci ildə güllələnib” deyə cavab verib.




Bakupost.az xəbər verir ki, Z. Bədəlova onu savadsızlıqda qınayanlara belə cavab verib:


“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq.


Kef edin, təki reklamınız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər