Ru
17:09 / 30 Aprel 2021

Azad Rəhimovun vəfatı xəbəri ilə bağlı rəsmi AÇIQLAMA

3688
Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin feysbuk səhifəsi məlumat yayıb.

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - deyə rəsmi açıqlamada bildirilir.

***
Bir neçə dəqiqə sonra Milli Olimpiya Komitəsinin rəsmi səhifəsi sözügedən məlumatı silib.

***

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə Azad Rəhimovun vəfat etmədiyini açıqlayıb:

"Hörmətli media nümayəndələri! Çox xahiş edirəm Azad müəllimin ailəsindən rəsmi xəbər gəlməyənədək heç bir infonu paylaşmayın. Mən Azad müəllimin ailəsi ilə bir neçə dəqiqə bundan öncə əlaqə yaratmışam. Vəziyyəti ağır olaraq qalır. Hər hansı bir yenilik olduğu təqdirdə dərhal sizinlə bölüşəcəm. Anlayışınız üçün təşəkkür edirəm!"



Şərhlər
  • Naspari ibrahimov

    Bina savks talş marke yandq qalram

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər