Ru
20:53 / 15 Oktyabr 2019

Azay Quliyev seçicilərini qəbul edib - FOTO

2121
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında seçicilərini qəbul edib.


BakuPost-un məlumatına görə, deputat seçicilərin sosial, təhsil, məşğulluq, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib.

Seçicilərin qaldırdığı məsələlərin bəziləri yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, bugünkü qəbulda seçicilərin müraciətlərinin daha operativ və effektiv həlli məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, icra başçısının müavinləri, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər