Ru
21:33 / 29 Yanvar 2020

Azər Kərimli daha 5 kənddə seçicilər ilə görüşüb - FOTOLAR

2322
Azərbaycan Milli Məclisinə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, bundan əvvəlki çağırışda dairənin deputatı olmuş Azər Kərimli rayonda seçiciləri ilə görüşlərini davam etdirir.


BakuPost xəbər verir ki, Azər Kərimli rayonun daha 5 kəndində seçicilərlə görüşüb, hesabat verib və seçicilərin arzu və istəklərini dinləyib. Bunlar Qaxın İngloy Kötüklü, İbaxlı, Amanlı, Oncallı və Qazmalar kəndləridir.

Deputatlığa namizəd seçicilərlə görüşlərində platforması barədə şifahi olaraq da təkrar məlumat verib.


Seçicilər Azər Kərimlinin yekdilliklə dəstəklədiklərini, fevralın 9-da ona səs verəcəklərini bildiriblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər