Ru
10:19 / 26 Noyabr 2021

Azərbaycan daha 2 ermənini geri qaytardı - Rəsmi

2081
Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabr 2021-ci il tarixdə 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Bakupost.az -a verilən məlumata görə, sözügedən şəxslərdən biri 16 noyabr 2021-ci il tarixdə Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 03.03.1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilmişdir.

Təhvil verilmiş digər şəxs - 13.09.2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılmışdır.

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilmişdir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər