Ru
21:42 / 12 Oktyabr 2019

Azərbaycan çempionu avrokuboku xalsız tərk etdi

2575
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın avrokubokda mübarizəni başa vurub.

BakuPost-un məlumatına görə, Çempionlar Liqasına əsas mərhələdən qoşulan Naxçıvan klubu III turda Ukrayna təmsilçisi “Xerson”la qarşılaşıb.

Joze Alesionun yetirmələri oyunları Belçikada keçirilən 2-ci qrupun bu görüşündə də məğlub olublar. İlk iki qarşılaşmadakı məğlubiyyətlərdən sonra qrup sonunculuğu rəsmiləşən “Araz” formal xarakterli matçda da xal qazana bilməyib – 3:8. Azərbaycan çempionunun qollarına İsa Atayev və Xətai Bağırov, həmçinin topu öz qapısına vuran Mixail Zavrıx imza atıb.

Qeyd edək ki, “Araz” bunadək Belçikanın “Halle Qooik” komandasına 1:5, Portuqaliya təmsilçisi “Benfika”ya 0:7 hesabı ilə uduzub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər