Ru
16:36 / 25 May 2019

Azərbaycan cüdoçusu Çində Qran-prinin qalibi oldu

1697
Azərbaycan cüdoçusu Hidayət Heydərov Çində keçirilən Qran-prinin qalibi olub. 


Bakupost "Report"a istinadən məlumat verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


O, Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçilərinin ardından həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Moldova əsilli cüdoçusu Viktor Skvortsovla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov Bakıda keçirilmiş Böyük Dəbilqədən iki həftə sonra daha bir nüfuzlu yarışın baş mükafatını qazanıb. 


Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 tatami ustası ilə təmsil olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər