Ru
17:10 / 14 Noyabr 2025

Azərbaycan Ermənistana qaz sata bilərmi? - AÇIQLAMA

Azərbaycan Ermənistana qaz sata bilərmi? - AÇIQLAMA
Eye

"Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik ötürücü xətlərinin ilə qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir".

Bakupost.az xəbər verir ki, bu barədə siyai şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu ölkəmiz və bölgəmiz üçün faydalı olacaq:

"Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər. Ancaq bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək Konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik. Dəhlizə gəlikdə isə Paşinyan bu məsələni bütövlüklə ABŞ-a yükləyib. Paşinyan “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantndan birini seçəcək, ya 49 illik, ya da 99 illik müqavilələri imzalanacaq. Hər iki variant dəhlizə ABŞ-ın nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintini 2026-ci ilin ikinci yarıısnda başalayacağına ümid edir. Tikinitinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq".

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar