"Azərbaycan Çexiya ilə iqtisadi əlaqələrin genişləndirilməsində çox maraqlıdır"

484
"Azərbaycan Çexiya ilə iqtisadi ticari əlaqələrin genişləndirilməsində çox maraqlıdır."
Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, Çexiya Azərbaycanın Avropa İttifaqı ərazisində ən önəmli iqtisadi partnyorlardan biridir.

"Bu ölkə ilə biz həm ticarət, həm investisiya, həm təcrübə mübadiləsi və digər sahələrə də əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylər göstəririk. Elə bu səpkidə bu gün Çexiya parlamentinin nümayəndələr palatasının sədrinin səfəri çərçivəsində Azərbaycan-Çexiya biznes forumunu təşkil etmişik", - deyə nazir müavini qeyd edib.

Rüfət Məmmədov bildirib ki, forumda hər iki ölkədən müxtəlif sahələri təmsil edən yüzdən çox iş adamı iştirak edir.

"İştirakçılar həm ənənəvi sahələri, həm müxtəlif sənaye sahələrini, kənd təsərrüfatı, informasiya texnologiyaları, innovasiyalar, nəqliyyat, təhsil və bir çox digər sahələri təmsil edirlər. Bizim iş adamları arasında universitetlər digər qurumlar və təşkilatlar arasında əməkdaşlığın qurulması və ya genişləndirilməsi istiqamətində praktiki danışıqlar aparılacaq", - deyə Rüfət Məmmədov qeyd edib.

Nazir müavini onu bildirib ki, Azərbaycan və Çexiya qarşılıqlı investisiyaların həcminin artırılmasında maraqlıdır.

"Azərbaycan Çexiya Respublikasına 50 milyon ABŞ dolları investisiya yatırıb. Eyni zamanda çex investorları Azərbaycanda fəaliyyət göstərirlər. Bu gün Azərbaycanda 26 çex investisiyalı şirkət fəaliyyət göstərir. Ümumi investisiyaların həmi 33,5 mln. dollar təşkil edir. Biz bu sahədə inkişaf üçün potensial görürük", -deyə Rüfət Məmmədov əlavə edib.

Nazir müavini qeyd edib ki, iki ölkə arasında qarşılıqlı ticarətin artırılması, ticarət nomenklaturasının şaxələndirilməsi istiqamətində kifayət qədər yaxşı imkanlar və perspektivlər mövcuddur. (ONA)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər