Ru
20:29 / 20 Oktyabr 2019

Azərbaycan futbolçuları uduzdu

1637
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.


BakuPost-un APA-ya istinadən məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu milli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci matçına çıxıb.


Yığma oyunları Farer adalarında keçirilən 5-ci qrupda Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Matç skandinaviyalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, Azərbaycan yığmasının ikinci darmadağını olub. Komanda ilk turda Sloveniyadan daha çox – 6 cavabsız qol buraxmışdı.

Qeyd edək ki, oktyabrın 23-də baş tutacaq son turda yığmamız Farer adaları ilə görüşəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər