Ru
23:34 / 15 Fevral 2020

Azərbaycan güləşçisi Avropa çempionatının gümüş medalını qazanıb

2841
Azərbaycanın sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.


BakuPost-un
Apasport.az-a istinadən məlumatına görə, 70 kq çəki dərəcəsində qüvvəsini sınayan gənclər arasında dünya və Avropa çempionatının gümüş mükafatçısı finalda Maqomedmurad Hacıyevlə (Polşa) bacarmayıb.

Həlledici görüşə qədər Gevorq Mxeyan (Ermənistan), Viktor Sereda (Belarus), Aleksey Boruta (Ukrayna) və Mixail Savanı (Moldova) üstələyən 31 yaşlı pəhləvan 2009-cu ildə olduğu kimi, bu dəfə də qitə birinciliyinin finalında məğlubiyyət acısı yaşayıb. O, 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal qazanıb. Onun 3-cü yer uğrunda görüşü gərgin alınıb. Macarıstan təmsilçisi İsmayıl Musukayevlə duelin son saniyələrində hesabı bərabərləşdirən (2:2) güləşçimiz axırıncı xal sayəsində Avropa üçüncüsü olub.

Fevralın 16-da - yarışın son günündə digər sərbəst güləşçilərimizdən İntiqam Vəlzadə (61 kq) bürünc medal uğrunda yarışacaq. Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə təsəlliverici görüşdə mübarizə aparacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar. Qadınlardan ibarət millimizin heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yeri tutub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər