Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalını qazanıb

901
Azərbaycan idmançısı Əli Rəhimzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında gümüş medala sahib olub.

BakuPost xəbər verir ki, beşinci yarış günündə sərbəst güləşçilər mübarizə başlayıblar. Noyabrın 17-də yığmamızın üç üzvü xalça üzərinə çıxıb.

Güləşçimiz Əli Rəhimzadənin ilk görüşü çətin mübarizə şəraitində keçib. Kanada təmsilçisi ilə qarşılaşmada hesabda 1:3 geridə olan Ə.Rəhimzadə son saniyələrdə əldə etdiyi iki xal sayəsində növbəti mərhələyə yüksəlib. O, Moldova nümayəndəsini də üstələyərək adını yarımfinala yazdırıb.

Yarımfinal görüşündə macar güləşçidən də güclü olan idmançımız finala vəsiqə qazanıb. Pəhləvanımızın qızıl medal uğrunda mübarizəsi noyabrın 17-də olub. Əlinin Yaponiya idmançısı ilə final qarşılaşması olduqca gərgin mübarizə şəraitində keçib. Sonda sevinən yapon güləşçi olub və Ə.Rəhimzadə gümüş medal əldə edib.

Digər idmançımız Əfqan Xaşalov çempionata inamlı start verib. Təmsilçimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazanıb. Ancaq Ə.Xaşalov dörddəbir finalda özbəkistanlı idmançıya müqavimət göstərə bilməyib. Füzuli Hüseynov isə gürcü rəqibi ilə görüşdə hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər