Ru
18:52 / 13 Sentyabr 2019

Azərbaycan hökuməti büdcə üçün neftin qiymətini aşağı saldı

4346
2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb.

BakuPost
xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

"Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır",- açıqlamada deyilir.

Qeyd edək ki, 2019-cu il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 60 dollar götürülüb. Beləliklə, büdcə üçün qiymət 5 dollar aşağı salınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər