Azərbaycan iqtisadiyyatı azaldı - STATİSTİKA

  • 13 Avq 2020 13:00
  • 2852 Baxış
Azərbaycan iqtisadiyyatı azaldı  - STATİSTİKA


2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40 008,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6%, neft-qaz sektorunda isə 4,5% azalıb.

ÜDM istehsalının 35,3%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 7,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,0%-i informasiya və rabitə, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olub.



X