20:57 / 06 Oktyabr 2021

Azərbaycan İran təlimlərini tənqid edib - Xarici mətbuat

1040
Almaniyanın “jungewelt.de” portalında, Almaniyanın “dpa” xəbər agentliyi və “Frankfurter Rundschau” qəzetinin saytında İranın Azərbaycanla sərhəddə başlatdığı hərbi təlimlər barədə məqalələr dərc edilib.

Bakupost.az xəbər verir ki, yazılarda bu təlimlərin Sovet İttifaqının süqutundan sonra İranın sərhəddə keçirdiyi ilk hərbi təlimlər olduğu vurğulanıb. Bildirilib ki, təlimlərə zirehli texnika ilə yanaşı, helikopterlər də cəlb olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanla İran təqribən 400 kilometr uzunluğunda sərhədə malikdir. Azərbaycan tərəfi bu təlimlərin keçirilməsini tənqid edib. Qeyd edilib ki, İran tərəfi Azərbaycan ilə İsrail arasında sıx əməkdaşlıqdan narahatdır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər