Ru
13:43 / 16 Yanvar 2021

Azərbaycan, Kanada və Monako Qran-prilərinin ləğv olunur

1351
"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.

"BakuPost" "Formule1" nəşrinə istinadən xəbər verir ki, Monako, Azərbaycan və Kanadadakı yarışların ləğv edilmə ehtimalı var.

Buna koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsi səbəb göstərilib.

Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir. Qran-prilər ləğv olunacağı təqdirdə onlar Türkiyə, İtaliya və Almaniyadakı yarışlarla əvəz edilə bilər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.

Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu yazıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər