Ru
20:06 / 01 Noyabr 2019

Qalib kikboksçuların şərəfinə ziyafət verildi - FOTO

4324
İzmir restoranında Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında 9 medal qazanan Azərbaycan komandası ilə görüş keçirilib.

BakuPost xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, Millət vəkili Adil Əliyev çıxışında idmançıları təbrik edərək, Azərbaycan idmanın inkişafından və kikboksinq idman növünün ölkədə populyarlaşmasından söz açıb.


Adil Əliyev qeyd edib ki, dünya çempionatına 21 idmançımız iştirak edib: "60 ölkə arasında 10-cu yerə çıxdıq. Nəticəmiz ürəkaçandır və qürur vericidir. Azərbaycan kikboksçuları dünya kikboksinq arenasında öz sözlərini deyirlər.
Bu günlərdə Dünya Kikboksinq Assosiasiyasının (WAKO) Prezidenti Roy Beyker dəvətimizə əsasən Bakıda oldu. O, ilk dəfə 2010-cu ildə, paytaxtımızda keçirilən Avropa çempionatı zamanı olmuşdu. Səfər çərçivəsində idman qurğularına baxdı, gənclər və idman naziri Azad Rəhimovla görüşü oldu. Roy Beyker artan inkişafla yaxından maraqlandı. O, bizdən razı getdi. Geniş oxucu kütləsi olan WAKO-nun saytında ölkəmizi tərifləyib”.


Xatırladaq ki, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvləri Ramal Aslanov, Eduard Məmmədov qızıl, Məhəmməd İmanov, Telman Məhərrəmov gümüş, Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov, Fuad Haşimi bürünc medal qazanıblar.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər