Ru
14:58 / 05 Sentyabr 2021

Azərbaycan MDB Oyunlarında 22-ci medalını qazandı

1825
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb.

Bakupost xəbər verir ki, kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallardan 6-sı qızıl, 4-ü gümüş, 12-si bürünc əyarlıdır.

Hazırda Azərbaycan 38 medala (24 qızıl, 6 gümüş, 8 bürünc) malik Rusiyadan sonra ikinci yerdə gedir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər