Azərbaycan milli komandasının heyəti açıqlandı

218
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Bakupost-un  məlumatına görə, bu oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək Nikola Yurçeviç düşərgəyə 27 futbolçu çağırıb.

Mayın 21-də, saat 18:15-də, "Bakcell Arena”da baş məşqçinin mətbuat konfransı da təşkil olunacaq.

          
Qeyd edək ki, Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər