Ru
21:02 / 28 Dekabr 2019

Azərbaycan millisi "Fənərbaxça" ilə gücünü sınayacaq

7584
Olimpiya lisenziya turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub.


BakuPost
APA-ya verilən məlumata görə, yığmamız artıq bu gün Türkiyəyə yola düşüb.


Millimiz Vasif Talıbovun baş məşqçiliyi ilə məşqlərin növbəti mərhələsini Türkiyə və Polşada keçəcək.

Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımızın rəqibi “Fənərbaxça” və “Türk Hava Yolları” klubları olacaq.

Bundan sonra Polşaya yollanacaq milli oradakı hazırlıq çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.


Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.

Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadaya lisenziya qazanacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər