Azərbaycan millisi Uelsə qarşı bu heyətlə oynayacaq

  • 06 Sen 2019 22:03
  • 5938 Baxış
Azərbaycan millisi Uelsə qarşı bu heyətlə oynayacaq

Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan oyununun heyətləri açıqlanıb.

BakuPost-un APA-ya istinadən məlumatına görə, bu gün Kardiff şəhər stadionunda üz-üzə gələcək komandalar matçda iştirak edəcək futbolçuları müəyyənləşdiriblər.

Məşqçilər korpusu ilk “11-lik”lərini və ehtiyatda qalacaq futbolçuları oyunun protokoluna daxil ediblər. Bu, millimizin baş məşqçi Nikola Yurçeviçin yetirmələrinin seçmə mərhələdə 4-cü matçı olacaq.

Xorvatiyalı mütəxəssis və onun uelsli həmkarı Rayan Giqqz E qrupunun V turunun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçında heyətə aşağıdakı futbolçuları daxil ediblər.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, V tur
6 sentyabr

22:45. Uels - Azərbaycan

Baş hakim: Farrucia Kann Trustin (Malta)


Uels:
1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms


Ehtiyat oyunçular:
12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil Vaulks


Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev


Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov