Ru
16:39 / 21 Aprel 2019

Azərbaycan Odessada dördüncü, futbolçusu ən yaxşı oldu - VİDEO

2117

Ukraynanın Odessa şəhərində idman jurnalistləri arasında təşkil olunan "Odessa İnternational Media Cup-2019” turniri başa çatıb.

 

BakuPost.az Matc.az-a istinadən xəbər verir ki, oyunları 8x8 formatında, dairəvi sistemlə keçirilən yarışa Ukrayna, Almaniya, Gürcüstan, Moldova və Latviya təmsilçiləri ilə yanaşı, Azərbaycanın "Universal" komandası da qatılıb.


Keçirdiyi oyunların 2-də qələbə qazanan Azərbaycan 3 dəfə məğlub olub. "Universal" bu nəticə ilə dördüncü yeri tutsa da, komandamızın heyətində Nurani İsgəndərov turnirin ən yaxşı futbolçusu seçilib.


Bundan əlavə,  "Universal" "Turnirin ən emosional komandası" nominasiyası üzrə mükafata layiq görülüb.  


Növbəti turnir iyunda Gürcüstanda təşkil olunacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər